Yuxarı
    Bağlamaq

    İran 60 ildən sonra Kandil dağına dövlət bayrağını sancib

    Kandil dağının böyük bir hissəsi İraq ərazisində, qalanı isə İranda yerləşir

    Bakı. 3 avqust. REPORT.AZ/ İran 60 ildən sonra Kandil dağının ona aid hissəsinə dövlət bayrağını sancıb.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən biri Sərdar Şəkuri bildirib.

    Onun sözlərinə görə, İranın sərhəddə təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən hazırlıqları uğurla başa çatıb.

    Kandil dağının böyük bir hissəsi İraq ərazisində, qalanı isə İranda yerləşir.

    Qeyd edək ki, terrorçu PKK qruplaşmasının İrandakı qolu olan PJAK və “Komil”in qanunsuz silahlı dəstələri ilə İslam Respublikasının hərbçiləri arasında uzun illərdir silahlı qarşıdurma mövcuddur. 2011-ci ildə PJAK-la İran hərbçiləri arasında atışma bir neçə ay davam etmiş, bundan sonra rəsmi Tehranla terrorçu PKK arasında atəşkəsə dair razılıq əldə edilmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi