​"İpək yolu" layihəsi çərçivəsində ilk qatar Çindən Gürcüstana gəlib

​"İpək yolu" layihəsi çərçivəsində ilk qatar Çindən Gürcüstana gəlib Azərbaycandan Gürcüstana gedən qatar, oradan Türkiyəyə yollanacaq
Region
13 Dekabr , 2015 13:04
​İpək yolu layihəsi çərçivəsində ilk qatar Çindən Gürcüstana gəlib

Bakı. 13 dekabr. REPORT.AZ/ Yeni dəmir yolu şəbəkəsinin açılışını edən Çin qatarı Gürcüstana gəlib.

"Report" gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin məlumatında bildirilir.

Qatar Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçib və Gürcüstan vasitəsilə Türkiyəyə yollanacaq. Beynəlxalq dəmir yol şəbəkəsi Çin və Avropanı birləşdirəcək.

"İpək yolu"nun açılış mərasimində Gürcüstanın baş naziri və Çinin bu ölkədəki səfiri iştirak edib.

"Çindən gələn yüklər cəmi iki həftə ərzində İstanbula çatacaq", - deyə səfir bildirib.

İlk qatar Gürcüstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Avropa İttifaqı bayraqları ilə bəzədilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, "biz son dərəcə qısa müddət ərzində - 8-10 günə yükləri Gürcüstanda, 3-5 gün ərzində isə Avropanın müxtəlif ölkələrində qəbul edə biləcəyik". 

Son xəbərlər

Orphus sistemi