İnquşetiyada Rusiya FTX-nin 2 xüsusi təyinatlısı həlak olub, 2 terrorçu məhv edilib - ƏLAVƏ OLUNUB

İnquşetiyada Rusiya FTX-nin 2 xüsusi təyinatlısı həlak olub, 2 terrorçu məhv edilib - ƏLAVƏ OLUNUB Antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən şəxslərin gizli quldur dəstəsinin üzvləri olduğu ehtimal edilir
Region
24 Noyabr , 2016 11:02
İnquşetiyada Rusiya FTX-nin 2 xüsusi təyinatlısı həlak olub, 2 terrorçu məhv edilib - ƏLAVƏ OLUNUB

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində 2 nəfər öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İnquşetiyanın hüquq mühafizə orqanları bildirib.

Məlumata görə, antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən şəxslərin gizli quldur dəstəsinin üzvləri olduğu ehtimal edilir.

Milli Antiterror Komitəsinin məlumatına görə, silahlılarla atışma nəticəsində Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xüsusi Təyinatlı Dəstəsinin iki əməkdaşı da həlak olub. 

Son xəbərlər

Orphus sistemi