​İngiltərə hökuməti vətəndaşlarını Tükiyənin bəzi şəhərlərinə getməməyə çağırıb

​İngiltərə hökuməti vətəndaşlarını Tükiyənin bəzi şəhərlərinə getməməyə çağırıb "Kürdlər, İŞİD və ifrat solyönlü terrorçu qruplar hücumlar planlaşdırmaqdadır"
Region
5 Aprel , 2016 09:38
​İngiltərə hökuməti vətəndaşlarını Tükiyənin bəzi şəhərlərinə getməməyə çağırıb

Bakı. 5 aprel. REPORT.AZ/ Britaniya hökuməti vətəndaşlarına Türkiyənin Diyarbəkir bölgəsinə və Suriya ilə sərhədboyu rayonlara səyahət etməməyi məsləhət görüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, krallıq hökuməti vətəndaşlarını Türkiyənin Şırnak, Şanlıurfa, Qaziantep, Kilis, Hatay, Siirt, Tunceli və Hakkari şəhərlərinə də səyahət etməməyə çağırıb.

İngiltərə hökumətinin xəbərdarlığında bildirilib: "Kürdlərin, İŞİD-in və ifrat solyönlü terrorçu qrupların hücumları planlaşdırılmaqdadır. Çox diqqətli olun".

Qeyd edək ki, ötən həftə ABŞ-ın Ankaradakı səfirliyi vətəndaşlarına Türkiyənin cənub-şərq hissəsində yerləşən 19 şəhərinə səfər etməməyi məsləhət görmüşdü.

Son xəbərlər

Orphus sistemi