Yuxarı
    Bağlamaq

    ​İlkər Başbuğ: "Ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi"

    Sabiq Baş Qərargah rəisi bunu Atatürk Universitetində çıxışı zamanı bildirib

    Bakı. 14 aprel. REPORT.AZ/ "Ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi".

    "Report" xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ deyib.

    O, bu xəyalını Atatürk Universitetində "Milli siyasət, Orta Şərq və Türkiyə" mövzusunda keçirilən konfransda çıxışı zamanı dilə gətirib.

    "Mənim ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi. Məgər deyilmir ki, bir millət, iki dövlət? Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil, imkan verməzlər. Kaş ki, şərtlər uyğun gələrdi", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi