İğdırda partlayış olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

İğdırda partlayış olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb Hadisənin səbəbi araşdırılır
Region
20 Aprel , 2018 14:41
İğdırda partlayış olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin İğdır şəhərində Küçük sənaye sahəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İğdır şəhər bələdiyyəsinin sədri Murat Yikit bildirib.

“İlkin məlumata əsasən, hadisə qaz balonunun partlaması nəticəsində baş verib. Hazırda partlayışın baş verməsinin detallarını bilmirik. Yanğın söndürülüb. Xəstəxanaya yerləşdirilən yaralılardan 4-nün vəziyyəti ağırdır”, - o deyib.

Hadisə yerinə yaxın ərazidəki avtomobillərə ziyan dəyib.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi