Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin İğdır şəhərində "Əsassız erməni iddialarına qarşı İttifaq"ın (ASİNDER) təşəbbüsü ilə "Ermənilər tərəfindən qətlə yetirilən türklərin xatirəsinə" adlı muzey açılıb. Bu barədə "Report" "Radikal" qəzetinə istindadən xəbər verir.
Muzey ekspozisiyasına I Dünya müharibəsi dövründə Türkiyənin İğdır, Qars və Ərzurum şəhərlərində ermənilər tərəfindən dinc türk əhalisinin qətlə yetirilməsi faktını sübut edən tarixi şəkillər və sənədlər daxil edilib.