Yuxarı

İğdırda ermənicə lövhənin yığışdırılması üçün imza toplanır

Ermənicə yazı bizi və Azərbaycandakı qardaşlarımızı narahat edir

Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyədə Ərzurum-İğdır avtomobil yolu üstündə yerləşən Tuzluca bölgəsinin giriş qapısında "Xoş gəldiniz", "Gülə-gülə" ifadələrinin ermənicə yazılmasına qarşı etiraz aksiyası keçirilir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Aksiya iştirakçıları həmin tablonun yığışdırılması üçün imzatoplama kampaniyasına başlayıblar.

Türkiyə-Azərbaycan Dərnəkləri Dostluq Federasiyasının İğdırdakı "Azərbaycan evi" dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, bu bölgə İğdır əyalətinin mərkəzindən 39 km aralıda yerləşir: "Bölgənin giriş qapısına türk, ingilis, kürd və erməni dillərində "Xoş gəldiniz" və "Gülə-gülə" ifadələri yazılan lövhə asılıb. Biz həmin lövhənin yığışdırlıması üçün imzatoplama kampaniyası keçiririk. Ermənicə yazı bizi və Azərbaycandakı qardaşlarımızı narahat edir".

Qeyd edək ki, bu yazının təşkilatçısı və icraçısı Tuzluca bələdiyyəsidir. Bələdiyyə sədri kürd etnik qrupunun təmsilçisi Mehmet Gültəkin yazının silinməsini istəyənləri "irqçilikdə" ittiham edərək, ermənilərlə probleminin olmadığını vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi