Yuxarı

​İğdır-Naxçıvan yolunda terrorçular polisə hücum edib

Asayiş keşikçilərinin cavab atəşindən sonra terrorçular hadisə yerindən qaçıb

Bakı. 27 avqust. REPORT.AZ/ İğdır-Naxçıvan avtomobil yolu ilə Dilucu sərhəd-keçid məntəqəsi arasında yerləşən Taşburun kəndi yaxınlığında PKK terrorçuları polisə hücum edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İğdır əyalətinin Qaraqoyunlu rayonunda baş verib. İğdırdan Dilucuna mikroavtobusla gedən 6 polis Taşburun yaxınlığında terrorçuların hücumuna məruz qalıb. Nəticədə bir polis yaralanıb. Asayiş keşikçilərinin cavab atəşindən sonra terrorçular hadisə yerindən qaçıb.

Onların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat keçirilib.

Yaralı polis xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi