​İğdır-Naxçıvan yolunda terrorçular polisə hücum edib

​İğdır-Naxçıvan yolunda terrorçular polisə hücum edib Asayiş keşikçilərinin cavab atəşindən sonra terrorçular hadisə yerindən qaçıb
Region
27 Avqust , 2015 15:37
​İğdır-Naxçıvan yolunda terrorçular polisə hücum edib

Bakı. 27 avqust. REPORT.AZ/ İğdır-Naxçıvan avtomobil yolu ilə Dilucu sərhəd-keçid məntəqəsi arasında yerləşən Taşburun kəndi yaxınlığında PKK terrorçuları polisə hücum edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İğdır əyalətinin Qaraqoyunlu rayonunda baş verib. İğdırdan Dilucuna mikroavtobusla gedən 6 polis Taşburun yaxınlığında terrorçuların hücumuna məruz qalıb. Nəticədə bir polis yaralanıb. Asayiş keşikçilərinin cavab atəşindən sonra terrorçular hadisə yerindən qaçıb.

Onların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat keçirilib.

Yaralı polis xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi