İƏT: “Donald Trampın viza qadağası ilə bağlı fərmanı radikallığı təşviq edəcək”

İƏT: “Donald Trampın viza qadağası ilə bağlı fərmanı radikallığı təşviq edəcək” İslam Əməkdaşlıq Təşkilatı: “Mövcud gərgin şəraitdə bu addım ekstremizm və terroru dəstəkləyənlərə lehinə işləyəcək”
Region
30 Yanvar , 2017 20:21
İƏT: “Donald Trampın viza qadağası ilə bağlı fərmanı radikallığı təşviq edəcək”

Bakı. 30 yanvar. REPORT.AZ/ “ABŞ Prezidenti Donald Trampın viza qadağası ilə bağlı bu fərmanı radikallığı təşviq edəcək”.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ABŞ Prezidenti Donald Trampın fərmanı ilə bağlı yaydığı bəyanatda bildirilib.

“Belə ayrı-seçkilik yaradan addımlar yalnız radikal qrupların çıxışlarını sərtləşdirəcək. Mövcud gərgin şəraitdə bu addım ekstremizm və terroru dəstəkləyənlərin lehinə işləyəcək” - İƏT-in bəyantında vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donlad Trampın yanvarın 27-də imzaladığı fərmana əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmayacaqlar. 

Son xəbərlər

Orphus sistemi