Hüquq müdafiəçisi: "Ermənistanda fahişəlik qanuniləşdirilməlidir"

Hüquq müdafiəçisi: "Ermənistanda fahişəlik qanuniləşdirilməlidir" Aşot Atoyan: "Onları polis, İstintaq Komitəsi və prokurorluq himayə edir"
Region
19 Avqust , 2015 15:53
Hüquq müdafiəçisi: Ermənistanda fahişəlik qanuniləşdirilməlidir

Bakı. 19 avqust. REPORT.AZ/ "Ermənistanda fahişəliyi qanuniləşdirmək lazımdır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkədəki İnsan Haqlarını Müdafiə Beynəlxalq Komitəsi İctimai Birliyinin sədri Aşot Atoyan jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ermənistanda "qədim peşə" ilə bağlı vəziyyət kimlərəsə sərf edir: "Əks halda, onların belə güzəştləri olmazdı".

Hüquq müdafiəçisi "güzəştlərin nədən ibarət olduğu" sualını cavablandırmasa da, bunları deyib: "Fahişəliyi polis, İstintaq Komitəsi və prokurorluq himayə edir".

Aşot Atoyan "qədim peşə"nin qanuniləşdirilməsinin vacibliyini vurğulayıb: "Qoy, onlara dövlət nəzarət etsin. Onlar davamlı olaraq müayinədən keçməlidir. Öz xidmətlərini göstərmək üçün onlara xüsusi yer ayrılmalıdır".

Son xəbərlər

Orphus sistemi