Yuxarı

Hülusi Kılıç Moldova dövlət başçısının qəbuluna Azərbaycan Prezidentinin təqdim etdiyi orden ilə gedib

Türkiyə səfiri etimadnaməsini prezident Nikolae Timoftiyə təqdim edib

Kişineu. 13 oktyabr. REPORT.AZ/ Türkiyənin Moldovaya yeni təyin olunmuş səfiri Hülusi Kılıç etimadnaməsini Moldova prezidenti Nikolae Timoftiyə təqdim edib.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu münasibətlə Prezident Sarayında rəsmi mərasim təşkil edilib.

Türkiyə səfiri Hülusi Kılıç mərasimə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ona təqdim etdiyi "Dostluq" ordeni ilə gəlib.

Qeyd edək ki, H.Kılıç 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. O, 2012-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi