Hollandiya hökuməti Türkiyə baş nazirinin müavinini “arzuolunmaz şəxs” elan edib

Hollandiya hökuməti Türkiyə baş nazirinin müavinini “arzuolunmaz şəxs” elan edib Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi
Region
7 İyul , 2017 11:52
Hollandiya hökuməti Türkiyə baş nazirinin müavinini “arzuolunmaz şəxs” elan edib

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzu olunmaz şəxs” (“persona non-qrata”) elan edib.

“Report” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Toğrul Türkeşin iyulun 15-də dövlət çevirilişinə cəhdin ildönümü ilə bağlı krallıqda yaşayan türklərin təşkil etdiyi tədbirə qatılması planlaşdırılmışdı.

Hollandiya hökumət bildirib ki, iki dövlət arasında mövcud vəziyyətlə bağlı baş nazirin müavininin ölkəyə səfəri və tədbirdə iştirakı arzuolunmazdır.

Qeyd edək ki, cari il martın 11-də Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.

Son xəbərlər

Orphus sistemi