Yuxarı
    Bağlamaq

    Hökumət sözçüsü: "Türkiyə Silahlı Qüvvələri yenidən modernizə ediləcək"

    Numan Kurtulmuş: Türkiyə Silahlı Qüvvələrində islahatlar həyata keçirilməsi üçün müxalifətdən dəstək istəniləcək

    Bakı. 1 avqust. REPORT.AZ/ "Türkiyə Silahlı Qüvvələri yenidən modernizə ediləcək". 

    "Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Numan Kurtulmuş Türkiyə Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. 

    Onun sözlərinə görə, məqsəd Türkiyə Silahlı Qüvvələrinin dövlət çevrilişi üçün istifadə edilməsinin qarşısının alınmasıdır: "Türkiyədə dövlət çevrilişinə zəmin yaradan bir sistem var. Ona görə də heç kimsənin Türkiyə Silahlı Qüvvələrinin içərisində dövlət çevrilişi etməyi ağlından belə keçirməməsi üçün güclü sistem quracağıq. Ordunun təkmilləşdirilməsi üçün hazırlıq başlayıb. Biz sivil iradənin daha güclü olmasını istəyirik. Ali Hərbi Şuranın (YAŞ) mülkiləşməsi bu istiqamətdə atılmış addımdır. Ona görə də Türkiyə Silahlı Qüvvələrində islahatlar həyata keçirilməsi üçün Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) dəstək istəniləcək". 

    Baş nazirin müavini deyib ki, Türkiyə Silahlı Qüvvələrinin baş komandanı ölkə prezidentidir: "Dövlət başçısı da istədiyi personala təlimat verə bilər: "Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı simvolik qurum deyil. Prezidentin və baş nazirin hərbçilərə göstəriş verməsi normaldır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi