​Həştərxanda Xəzəryanı dövlətlərin yazıçı və şairlərinin forumu keçiriləcək

​Həştərxanda Xəzəryanı dövlətlərin yazıçı və şairlərinin forumu keçiriləcək Tədbirdə Dağıstan, İran, Türkmənistan, Azərbaycan və Qazaxıstan nümayəndələri iştirak edəcəklər
Region
22 Yanvar , 2015 00:00
​Həştərxanda Xəzəryanı dövlətlərin yazıçı və şairlərinin forumu keçiriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ 2015-ci ilin sentyabrında Həştərxanda Rusiyada ilk dəfə olaraq Xəzəryanı dövlətlərin yazıçı, şair və tərcüməçilərinin forumu keçiriləcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, forum ölkədə elan olunan Ədəbiyyat ilinə həsr olunub.

Həştərxan vilayətinin mədəniyyət naziri Qalina Zoteyevanın sözlərinə görə, hazırda foruma fəal hazırlıq işləri gedir. Tədbirdə Dağıstan, Kalmıkiya, İran, Türkmənistan, Azərbaycan və Qazaxıstan nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi