​Həştərxanda MDB-nin "Döyüş əməkdaşlığı - 2015" təlimi keçiriləcək

​Həştərxanda MDB-nin "Döyüş əməkdaşlığı - 2015" təlimi keçiriləcək Tədbirdə "Favorit" S-300, "Triumf" S-400 sistemləri, eləcə də "Pantsir-S" raket-top zenit kompleksindən istifadə ediləcək
Region
11 Mart , 2015 20:10
​Həştərxanda MDB-nin Döyüş əməkdaşlığı - 2015 təlimi keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ Həştərxandakı Aşuluq poliqonunda MDB-nin Hava Hücumundan Müdafiə Qüvvələrinin "Döyüş əməkdaşlığı-2015" hərbi manevri keçiriləcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Hava-Kosmik Müdafiəsi Qoşunlarının təmsilçisi polkovnik Aleksey Zolotuxin bildirib.

Onun sözlərinə görə, təlimdə "Favorit" S-300, "Triumf" S-400 sistemləri, eləcə də "Pantsir-S" raket-top zenit kompleksindən istifadə ediləcək.

Aleksey Zolotuxin deyib ki, MDB-nin Hava Hücumundan Müdafiə Sisteminə daxil olan dövlətlərin silahlı qüvvələrinin təmsilçiləri ilə sentyabrda keçiriləcək təlimə hazırlığı müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi