Həştərxan vilayəti Dumasının sədri Gürcüstana buraxılmayıb

Həştərxan vilayəti Dumasının sədri Gürcüstana buraxılmayıb O,Ermənistandan Gürcüstana getmək istəyib
Region
18 Avqust , 2017 16:26
Həştərxan vilayəti Dumasının sədri Gürcüstana buraxılmayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayəti Dumasının sədri İqor Martınova Ermənistandan keçərək Gürcüstana daxil olmasına icazə verilməyib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, o, bunu “Facebook” səhifəsində yazıb. 

İ.Martınov avtomobillə MDB-yə üzv ölkələrin ərazisini səyahət edərkən Ermənistandan Gürcüstana getmək istəyib. Gürcüstan sərhədçiləri onu ölkə ərazisinə buraxmayıblar.

Vilayətin parlament administrasiyasından bildiriblər ki, İ.Martınov bir neçə il əvvəl Federasiya Şurasında işlədiyi zaman Rusiya ilə tanınmayan Cənubi Osetiya "Respublikası" parlamentlərarası qrupunun üzvü olub. Bu qrup Gürcüstanın tabeliyindən çıxarılan bu ərazisinin Rusiya ilə “ittifaqı və inteqrasiyası” haqqında müqavilənin təmin olmasına cavabdehlik daşıyır.

Məlumata görə, o, Rusiya nümayəndə heyətinin tərkibində Tsxinvaliyə gedib və tanınmayan "respublika"nın xatirə “medalı” ilə təltif edilənlərdən olub.

İ.Martınovun hazırda Həştərxanda olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi