Həsən Ruhani: "Rusiya və İranın əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib"

Həsən Ruhani: "Rusiya və İranın əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib" Moskvada Rusiya və İran prezidentlərinin görüşü keçirilir
Region
28 Mart , 2017 16:20
Həsən Ruhani: Rusiya və İranın əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib
Business Insider

Bakı. 28 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin İranı mehriban qonşu və etibarlı tərəfdaş hesab edir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Rusiya və İranı coxillik, çoxəsrlik əməkdaşlıq bir-birinə bağlayır. Beş yüz ildən çoxdur diplomatik əlaqələrimiz var" - Rusiya lideri İran Prezidenti Həsən Ruhani ilə görüşdə deyib.

V.Putinin sözlərinə görə, Moskva və Tehran demək olar, bütün istiqamətlərdə çox səmərəli işləyir.

İran Prezidenti Həsən Ruhani Rusiya və İranın əməkdaşlığının üçüncü ölkələrə qarşı yox, regionda sabitliyin möhkəmləndirilməsinə yönəldiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi