İran prezidenti:​ "Vyana razılaşması ümumi təhlükələrə qarşı mübarizə üçün yeni üfüqlər açır"

İran prezidenti:​ "Vyana razılaşması ümumi təhlükələrə qarşı mübarizə üçün yeni üfüqlər açır" Həsən Ruhani: "Altılıq"la razılaşma qarşılıqlı konstruktiv fəaliyyətin mümkün olduğu deməkdir"
Region
14 İyul , 2015 15:37
İran prezidenti:​ Vyana razılaşması ümumi təhlükələrə qarşı mübarizə üçün yeni üfüqlər açır

Bakı. 14 iyul. REPORT.AZ/ "İranla "altılıq" arasında razılaşma qarşılıqlı konstruktiv fəaliyyətin mümkün olduğu deməkdir".

"Report" xəbər verir ki, bu haqda İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramı üzrə "altılıq"la razılaşmanı "twitter" səhifəsində dəyərləndirərkən bildirib.

İran prezidenti qeyd edib ki, razılaşma ümumi təhlükələrə qarşı mübarizə üçün yeni üfüqlər, yeni təhlükələrə qarşı mübarizə üçün imkanlar açır.

Son xəbərlər

Orphus sistemi