​Həsən Ruhani: "Nüvə proqramı üzrə öhdəliklərimizi yerinə yetirəcəyik"

​Həsən Ruhani: "Nüvə proqramı üzrə öhdəliklərimizi yerinə yetirəcəyik" O, danışıqları yekun razılaşmayadək davam etdirəcəklərini də qeyd edib
Region
18 Aprel , 2015 11:46
​Həsən Ruhani: Nüvə proqramı üzrə öhdəliklərimizi yerinə yetirəcəyik

Bakı. 18 aprel. REPORT.AZ/ "İran nüvə energetikasına dair beynəlxalq öhdəlikləri yerinə yetirəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

O, İranın danışıqları yekun razılaşmayadək davam etdirəcəyini də vurğulayıb.

"Biz nüvə proqramı üzrə beynəlxalq öhdəliklərimizi yerinə yetirəcəyik və nüvə anlaşmasına nail olmağa çalışacağıq", - H.Ruhani bildirib.

Xatırladaq ki, bu il aprelin 2-də Lozannada ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin və İran xarici işlər nazirləri gələcək müqavilə ilə bağlı ilkin siyasi çərçivə razılaşması əldə ediblər. Yekun sənədin bu il iyunun 30-da imzalanacağı gözlənilir.

Tərəflər aprelin 22-də Vyanada diplomatlar və mütəxəssislər səviyyəsində danışıqları davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi