Həsən Ruhani İran parlamentinə seçkilərin tarixini açıqlayıb

Həsən Ruhani İran parlamentinə seçkilərin tarixini açıqlayıb İran prezidenti: "Sanksiyalar aradan qalxdıqdan sonra axının daha da çoxalacağının şahidi olacaqsınız"
Region
26 Avqust , 2015 15:58
Həsən Ruhani İran parlamentinə seçkilərin tarixini açıqlayıb

Bakı. 26 avqust. REPORT.AZ/ "Konstitusiyaya əsasən, gələn ilin martında İran İslam Şurası Məclisinə keçiriləcək seçkilərə hazırlaşmalıyıq".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Həsəsn Ruhani Həmədandakı çıxışında bildirib.

"İranda hökumət və Konstitusiyanı Mühafizə Şurası, Məhkəmə sistemi və Silahlı Qüvvələrədək bütün dövlət qurumları seçkinin keçirilməsi üçün əl-ələ verib birlikdə hərəkət etməlidir ", - o vurğulayıb.

Nüvə proqramı ilə bağlı İrana tətbiq edilən sanksiyalar götürüldükdən sonrakı vəziyyətə işarə edən Həsən Ruhani deyib: "Bu gün siz dünyanın dörd bir yanından İrana axın edən nümayəndə heyətlərini görürsünüz. Gələcəkdə sanksiyalar aradan qalxdıqdan sonra axının daha da çoxalacağının şahidi olacaqsınız".

Son xəbərlər

Orphus sistemi