Yuxarı

Həsən Ruhani: "ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq"

ABŞ fələstinlilərin qanuni hüquqlarına hörmət etmir

Bakı. 13 dekabr. REPORT.AZ/ "ABŞ administrasiyasının bu yaxınlardakı qərarı ABŞ-ın sionistlərin maraqlarını maksimum dərəcədə təmin etməyə çalışdığını və fələstinlilərin qanuni hüquqlarına hörmət etmədiyini açıq şəkildə ortaya qoydu".

"Report" xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani "Twitter" səhifəsində yazıb.

"ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq", - o əlavə edib.

Xatırladaq ki, H.Ruhani bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı növbədənkənar sammitində iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi