Yuxarı

Hələbin bombalanması nəticəsində son bir həftədə 444 dinc sakin həlak olub

ABŞ və Rusiyanın təşəbbüsü ilə elan olunan atəşkəs sentyabrın 12-dən 19-dək davam edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələri və Bəşşar Əsədə bağlı qırıcıların Suriyanın şimalındakı Hələb əyalətinin bombalanması nəticəsində ölən dinc sakinlərin sayı 85-ə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mülki müdafiə və səhra xəstəxanalarının nümayəndələri bildirib ki, Rusiya və Bəşşar Əsədin döyüş təyyarələri Hələbə vakkum və fosfor bombaları atıblar.

Məlumata görə, hava hücumları nəticəsində əyalətin Hulluk rayonunda 5, Kadi Askerdə 4, Katırcidə 2, Ard Hamrada 1, Bustal əl-Başada 7, Zibediyədə 5, Tarik el-Babda 18, Muyesirdə 6, Salihində 8, Ensaridə 17, Mesakin Fenano 4, Mercedə 1, Salahaddində 6 və İnzaratda bir nəfər olmaqla ümumilikdə 85 mülki vətəndaş həlak olub, 178 nəfər isə yaralanıb.

Sentyabrın 12-də elan edilən atəşkəs rejimi pozlunadan sonra bombardmanlar nəticəsində ümumilikdə 444 dinc sakin həlak olub.  

Xatırladaq ki, ABŞ və Rusiyanın təşəbbüsü ilə elan olunan atəşkəs sentyabrın 12-dən 19-dək sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi