Hələbdən mülki insanları daşıyan avtobus atəşə tutulub, ölən və yaralananlar var

Hələbdən mülki insanları daşıyan avtobus atəşə tutulub, ölən və yaralananlar var Türkiyə bu gün səhərdən Hələbdəki dinc sakinlərin təxliyyəsinə başlayıb
Region
15 Dekabr , 2016 12:45
Hələbdən mülki insanları daşıyan avtobus atəşə tutulub, ölən və yaralananlar var

Bakı. 15 dekabr. REPORT.AZ/ Suriyanın Hələb bölgəsinin şərqindən avtobuslarla mülki şəxslərin təxliyyəsi zamanı iranyönümlü silahlıların avtomobillərə açdığı atəş nəticəsində 1 dinc sakin ölüb, 4-ü yaralanıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, iranyönümlü hərbçilərin açdığı atəşdən sonra Hələbdən mülki vətəndaşları təxliyyə edən avtobus geri qayıdıb.

Qeyd edək ki, razılaşmaya əsasən, Türkiyə bu gün səhərdən Hələbdəki dinc sakinlərin təxliyyəsinə başlayıb.

Suriyanın bu bölgəsindəki iranyönümlü silahlı dəstəyə İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) generalı Seyid Cavad başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi