HDP həmsədri barəsində ittiham aktı açıqlanıb

HDP həmsədri barəsində ittiham aktı açıqlanıb Səlahəddin Dəmirtaş yaxın günlərdə hakim qarşısına çıxarılacaq
Region
31 Yanvar , 2017 18:50
HDP həmsədri barəsində ittiham aktı açıqlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində ittiham aktı açıqlanıb. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, sənəddə Diyarbakır Prokurorluğunun apardığı isintaq tədbirləri çərçivəsində həbs olunan müxalif siyasi liderin 43 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir.  

İttihamnamədə S.Dəmirtaşın PKK/KCK terror təşkilatının siyasi qanadından məsul şəxs olduğu, həmçinin DTK-da da rəhbər şəxs kimi fəaliyyət göstərdiyi qeyd edilib. 

Sənəddə HDP həmsədrinə qarşı "Terror təşkilatını idarə etmək və onun təbliğatını aparmaq", "Yığıncaq və nümayişlər haqqında" qanunun əleyhinə çıxmaq, "Xalqı qanunlara əməl etməməyə təhrik etmək" və s. ittihamlar irəli sürülüb. 

Xəbərdə həmçinin S.Dəmirtaşın yaxın günlərdə hakim qarşısına çıxarılacağı vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi