Yuxarı
    Bağlamaq

    Hakkaridə terrorçuların hücumu nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb

    Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlayıb

    Bakı. 9 iyun. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Hakkari vilayətində kənd qoruyucularını daşıyan avtomobili avtomat silahlardan atəşə tutublar. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Şəmdinli rayonundan 13 km məsafədə yerləşən Üzümqıran kəndində baş verib. 

    Nəticədə 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı qoruyucu Şəmdinli Dövlət Xəstəxanasına çatdırılıb. 

    Türkiyə təhlükəsizlik qüvvələri PKK terrorçularının zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi