Yuxarı
    Bağlamaq

    ​Hakan Şükürün atası saxlanılıb - YENİLƏNİB

    Sermet Şükür FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilib

    Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası saxlanılıb. 

    "Report" "Milliyet"ə istinadən xəbər verir ki, Sermet Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilib. 

    Xəbərdə bildirilib ki, sabiq futbolçunun atası İstanbul Şəhər Polis İdarəsinə aparılıb. 

    *** 08:23

    Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükür və atasının saxlanılması barədə qərar verilib.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün tutulması üçün iş başlanılıb.

    Məlumata görə, ölkə xaricinə çıxan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.

    Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib. Onun atası Selmet Şükür haqqında da saxlanılma qərarı çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi