​Hakan Şükür: "Bir daha Türkiyəyə qayıtmayacağam"

​Hakan Şükür: "Bir daha Türkiyəyə qayıtmayacağam" Məşhur futbolçu Türkiyədəki evini satıb, bankdakı pullarını çıxarıb
Region
17 Dekabr , 2015 16:24
​Hakan Şükür: Bir daha Türkiyəyə qayıtmayacağam

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bir daha Türkiyəyə qayıtmayacağam, ABŞ-da iş quracağam".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin keçmiş futbolçusu, parlamentin keçmiş üzvü Hakan Şükür bildirib.

Məlumata görə, H.Şükür Türkiyədəki evini satıb və bankdakı pullarını çıxarıb.

Türkiyəni tərk edən ulduz futbolçu ABŞ-ın Kaliforniya ştatının San-Mateo şəhərində məskunlaşıb.  

Son xəbərlər

Orphus sistemi