Gürcüstanla Rusiya arasında aviareyslər bərpa edilib

Gürcüstanla Rusiya arasında aviareyslər bərpa edilib "Aeroflot" şirkəti tərəfindən "Moskva-Tbilisi" reysləri bərpa olunub
Region
27 Oktyabr , 2014 12:36
Gürcüstanla Rusiya arasında aviareyslər bərpa edilib
Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın ən iri aviaşirkəti olan "Aeroflot" 6 illik fasilədən sonra Gürcüstana müntəzəm reysləri bərpa edib. "Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, reyslər "Rosaviasiya"nın daşınmaların həyata keçirilməsinə icazə verməsindən sonra bərpa olunub. Oktyabr ayının 27-nə keçən gecə  6 illik fasilədən sonra Şeremetyevo hava limanından "Moskva-Tbilisi" reysi həyata keçirilib. Cədvələ əsasən, bu reys hər gün həyata keçiriləcək. 

"Aeroflot"dan başqa "UTair", "Tranaero", "Qlobus-Sibir" və "VİM-Avia" şirkətlərinə  "Moskva-Tbilisi" reyslərinin keçirilməsinə icazə verilib.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstan və Rusiya arasında yaşanan münaqişə ilə bağlı aviareyslər dayandırılıb. İki ölkə arasında aviareyslər çarter reysləri vasitəsilə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi