Yuxarı

​Gürcüstanın NATO-dakı daimi nümayəndəsi istefa verib

Levan Dolidze təmsil olunduğu partiyanın müxalifətə keçməsindən sonra bu addımı atıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqelaşvili ölkəsinin NATO-dakı daimi nümayəndəsi Levan Dolidzenin istefa ərizəsini təsdiqləyib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, Prezident Administrasiyasından verilən açıqlamada L.Dolidzenin öz vəzifəsini 2015-ci il yanvarın 26-dək icra edəcəyi bildirilib.

O, "Azad Demokratlar" Partiyasının "Gürcü arzusu" hakim koalisiyasından çıxmasından sonra istefa verib.

Qeyd edək ki, bu il noyabrın əvvəlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili "Azad Demokratlar" Partiyasının lideri, müdafiə naziri İrakli Alasaniyanı tutduğu vəzifədən azad edib. Bundan sonra partiya indiki hökumətə müxalfətə keçib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi