Yuxarı
    Bağlamaq

    ​Gürcüstanın energetika naziri: "İrandan təbii qaz idxal edə bilərik"

    Kaxa Kaladze erməni həmkarı ilə görüşdə Ermənistan-Gürcüstan və Ermənistan-İran elektrik ötürücüsü xəttinin gücləndirilməsini də müzakirə edib

    Bakı. 3 noyabr. REPORT.AZ/ "İrana münasibət dəyişib, indi oradan təbii qaz idxal edildiyi kimi, elektrik enerjisi də almaq olar".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Kaxa Kaladze erməni həmkarı Ervand Zaxaryanla görüşdən sonra bildirib.

    Ermənistanın energetika naziri isə deyib ki, K.Kaladze ilə görüşdə Ermənistan-Gürcüstan və Ermənistan-İran elektrik ötürücüsü xəttinin gücləndirilməsini müzakirə ediblər: "İran maraq kəsb edən bazardır. Biz bu dövlətin təbii ehtiyatlarından maksimum faydalanmaq üçün ölkələrimizin yerləşdiyi coğrafi mövqedən yararlanmalıyıq. Ermənistandan keçməklə İrandan elektrik enerjisi, eləcə də təbii qaz idxal edə bilərik. Biz bu məsələ üzərində çox işləməliyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi