Bakı. 29 dekabr. REPORT.AZ/ Gürcüstan hökumətinin "Güclü, demokratik və bütöv Gürcüstan uğrunda" adlı proqramında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə xüsusi diqqət ayrılıb.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Hökumət proqramında vurğulanıb ki, Gürcüstan bölgə üzrə müxtəlif proqram (TRASEKA) və layihə təşəbbüslərində ("Vikinq" bu təşəbbüs Baltikyanı ölkələrlə Gürcüstan arasında yük daşımalara aiddir. Həmin layihəyə Azərbaycan da dəvət edilib) fəal iştirak edir.