Yuxarı
    Bağlamaq

    ​Gürcüstanla İran arasında vizasız rejim qüvvəyə minib

    2012-2013-cü illərdə ölkələr arasında ticarət dövriyyəsi 200 milyon dollara yaxın olub

    Bakı. 15 fevral. REPORT.AZ/ Bu gündən İranla Gürcüstan arasında vizasız rejim qüvvəyə minib.

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu İranın bu ölkədəki səfirinin müavini Möhsün Kebriyay bildirib.

    Onun sözlərinə görə, Gürcüstanın bir müddət öncə vizasız rejimi ləğv etməsi iki ölkənin iqtisadiyyatı və əlaqələrinə mənfi təsir etmişdi: "Vizasız rejim tətbiq olunan 2012-2013-cü illərdə ölkələr arasında ticarət dövriyyəsi 200 milyon dollar həcminə yaxın idisə, hazrıda bu rəqəm 130 milyon dollar da deyil". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi