Bakı. 14 sentyabr. REPORT.AZ/ Gürcüstanın yeni Xarici İşlər Naziri, baş nazirin müavini Georgi Kvirikaşvili Rusiya ilə dialoqun davam edəcəyini bəyan edib. Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.
"Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi gündəlimizdə əsas məsələ olaraq qalmaqdadır. Bu məqsədə nail olmaq üçün isə həm də diplomatiya sahəsində addımlar atılmalıdır", - deyən nazir, rəsmi Moskva ilə danışıqları "vacib" sayıb.
Onun sözlərinə görə, müsbət nəticələr verən bütün dialoq formatları saxlanılmalıdır. Bu baxımdan Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin ilə Gürcüstan hökumətinin Rusiya ilə əlaqələr üzrə xüsusi elçisi Zurab Abashidzenin iştirakı ilə təşkil olunan görüşlər də böyük əhəmiyyət daşıyır.