Bakı. 1 avqust. REPORT.AZ/ Gürcüstanın yeni müdafiə naziri vəzifəsinə Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Levan İzoriya təyin edilib.
Bu barədə "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir.
Bundan əlavə, Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri vəzifəsinə isə həmin qurumda nazir müavini işləyən Ketevan Tsixelaşvili təyin olunub.