Gürcüstanın yeni hökumətinin tərkibinin elan ediləcəyi tarix açıqlanıb

Gürcüstanın yeni hökumətinin tərkibinin elan ediləcəyi tarix açıqlanıb Nazirlər Kabinetinin üzvləri həmin vaxtadək öz səlahiyyətlərini icra edəcək
Region
14 Noyabr , 2016 21:30
Gürcüstanın yeni hökumətinin tərkibinin elan ediləcəyi tarix açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Gürcüstanın yeni hökumətinin tərkibi noyabrın 19-da açıqlanacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Dmitri Kumsişvili jurnalistlərə açıqlamasında bildirib.

İnformasiyaya əsasən, indiki baş nazir Georgi Kvirikaşvili hökumətin yeni tərkibini yeni seçilən parlamentə təqdim edəcək.

Xəbərə görə, Nazirlər Kabinetinin üzvləri həmin vaxtadək öz səlahiyyətlərini icra edəcək.

Son xəbərlər

Orphus sistemi