Yuxarı

Gürcüstanın XİN başçısı: “Şərq tərəfdaşlığı”nın yeni məqsədi Aİ-nin vahid bazarına inteqrasiya ola bilər”

​Gürcüstanın XİN başçısı: “Şərq tərəfdaşlığı” proqramının yeni məqsədi

“Bu ilin iyununda Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində proqrama üzv ölkələrin Avropa İttifaqı ilə daha da sıx inteqrasiyası üçün yeni və gələcəyə hədəflənmiş baxış formalaşdırılmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı”nın yeni məqsədi Avropa İttifaqına təklif edilmiş ittifaqın vahid bazarına inteqrasiya ola bilər.

XİN başçısı Gürcüstanın “Şərq tərəfdaşlığı” sammitinə fəal hazırlaşdığını qeyd edib: “Qarşıdan gələn sammitdə Gürcüstanın əldə etdiy tərəqqinin qeyd olunması olduqca önəmlidir. Gürcüstanın məqsədi Avropa İttifaqına üzv olmaqdır və bu məqsəd sarsılmazdır. Biz qarşımızda duran bütün çağırışları dərk edirik və ittifaq qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün çalışırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi