Gürcüstanın xarici ticarəti artıb

Gürcüstanın xarici ticarəti artıb Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın xatici ticarət dövriyyəsinin həcmi 11 mlrd. 504,1 milyon dollara bərabər olub.
Region
13 Dekabr , 2019 11:08
Gürcüstanın xarici ticarəti artıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın xatici ticarət dövriyyəsinin həcmi 11 mlrd. 504,1 milyon dollara bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsi 1,4% artıb.

Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 11,7% artaraq 3 mlrd. 381,4 milyon dollar, idxalı isə 2,3% azalaraq 8 mlrd. 122,6 milyon dollar təşkil edib.

İlin ilk on bir ayında ticarət kəsiri 4 mlrd. 741,2 mln. dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi