Gürcüstanın valyuta ehtiyatları 34 milyon dollar azalıb

Gürcüstanın valyuta ehtiyatları 34 milyon dollar azalıb Tbilisi. 7 iyul. REPORT. AZ/ Gürcüstanın valyuta ehtiyatları cari ildə təqribən 34 milyon dollar azalıb.
Region
7 İyul , 2018 00:07
Gürcüstanın valyuta ehtiyatları 34 milyon dollar azalıb

Tbilisi. 7 iyul. REPORT. AZ/ Gürcüstanın valyuta ehtiyatları cari ildə təqribən 34 milyon dollar azalıb.

“Report”un Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub.

Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çox olub. Lakin, cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.

Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.

Son xəbərlər

Orphus sistemi