​Gürcüstanın valyuta ehtiyatı azalıb

​Gürcüstanın valyuta ehtiyatı azalıb Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 milyon azdır
Region
11 İyun , 2015 10:49
​Gürcüstanın valyuta ehtiyatı azalıb

Bakı. 11 iyun. REPORT.AZ/ Gürcüstanın beynəlxalq valyuta ehtiyatı cari ilin ilk beş ayında 305,7 milyon dollar azalaraq, 2 milyard 393,5 milyon dollar təşkil edib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Bankının hesabatında bildirilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 milyon dollar azalıb.

Öölkənin xarici valyuta ilə beynəlxalq ehtiyatı 2 milyard 193,2 milyon dollardır. Onun bir milyard 525,9 milyon dolları qıymətli kağız şəklində, 667,3 milyon dolları isə Beynəlxalq Valyuta Fondunda və xarici ölkə banklarında saxlanılır. 

Son xəbərlər

Orphus sistemi