Gürcüstanın sabiq müdafiə naziri Alasaniya “Azad demokratlar” partiyasının sədri seçilib

Gürcüstanın sabiq müdafiə naziri Alasaniya “Azad demokratlar” partiyasının sədri seçilib Nazir vəzifəsindən istefaya göndərildikdən sonra Alasaniya "Azad demokratlar" partiyasına rəhbərlik etməyi qərara alıb
Region
8 Noyabr , 2014 19:29
Gürcüstanın sabiq müdafiə naziri Alasaniya “Azad demokratlar” partiyasının sədri seçilib
Bakı. 8 noyabr. REPORT.AZ/ Tiflisdə İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” partiyasının qurultayı keçirilib.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, qurultayda Gürcüstan parlamentinin sədri David Usupaşvili, Avropa və Avroatlantik məkana inteqrasiya üzrə sabiq dövlət naziri Aleksi Petriaşvili və deputat Nino Qoquadze çıxış ediblər.

Çıxışlardan sonra səsvermə keçirilib və sabiq müdafiə naziri İrakli Alasaniya yekdilliklə "Azad demokratlar" partiyasının sədri seçilib.

Qeyd edək ki, partiya lideri İ. Alasaniya Gürcüstanın müdafiə naziri vəzifəsindən istefaya göndərildikdən sonra yenidən "Azad demokratlar" partiyasına rəhbərlik etməyi qərara alıb.

Son xəbərlər

Orphus sistemi