Yuxarı

Gürcüstanın sabiq baş naziri öz oğlunun telekanalında aparıcı oldu

Gürcüstan əhalisinin obyektiv siyasi təhlilə ehtiyacı var

Bakı. 15 mart. REPORT.AZ/ Gürcüstanın sabiq baş naziri Bidzina İvanişli oğlunun sahibi olduğu GDS telekanalında aparıcılıq etmək qərarına gəlib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "20/30" adlı analitik proqramın efirində danışan B.İvanişli deyib ki, Gürcüstan əhalisinin obyektiv siyasi təhlilə ehtiyacı var.

Ölkəsinin ciddi iqdisadi böhran keçirdiyini qəbul edən sabiq baş nazir, bununla belə vəziyyətin "katastrofik olmadığını" vurğulayıb.

"Siyasi təhlil vasitəsi ilə bunu əhaliyə izah etmək istəyirəm", deyə B.İvanişli əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi