Yuxarı

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

​Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu televiziyanın sahibi, iş adamı Kibar Xalvaşinin yaydığı bəyanatda bildirilib.

Onun sözlərinə görə, “Rustavi 2”nin satışı üçün elan olunan müddət başa çatsa da, onu almaq istəyən real namizəd olmayıb: “Kanalın real vəziyyəti ictimaiyyətə bəllidir. Teleşirkət faktiki olaraq maliyyə böhranı ilə üz-üzədir. Kanalın kreditorlar qarşısında borcu 70 milyon laridən çoxdur. Hazırda qarşımda iki seçim var: ya müflislik prosesini başlamaq ya da teleşirkəti saxlamağa çalışmaq”.

K.Xalvaşi qeyd edib ki, “Rustavi 2”ni müflisləşməkdən qorumaq üçün bütün resurs və bacarıqlarından istifadə edəcək: “Rustavi 2” kommersiya baxımdan yaşamağa qabil və gəlirli televiziya olmalıdır. Yaxın zamanlarda şirkətin vəziyyətinin yaxşılaşdırılması üçün konkret plan hazırlayıb mütləq yerinə yetirərək məqsədimizə çatacağıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi