Yuxarı

​Gürcüstanın Qardabani bölgəsində keçirilən seçkidə hakim partiyanın nümayəndəsi qələbə qazanıb

Bu rayonun yerli əhalisi əsasən azərbaycanlılardan ibarətdir

Bakı. 29 yanvar. REPORT.AZ/ Gürcüstanın Qardabani bələdiyyəsinin sədri vəzifəsinə keçirilən növbədənkənar seçkidə hakim "Gürcü arzusu" Partiyasının namizədi Qoça Camarauli qələbə qazanıb. 

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, seçicilərin 67,49 faizi (7771 seçici) Qoça Camarauliyə, 32,51 faizi (3743 seçici) isə onun "Milli Hərəkat"dan olan rəqibi Besika Kaxabrişviliyə səs verib.

Qeyd edək ki, Qardabanın yerli əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi