Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verib

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verib Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.
Region
19 Aprel , 2019 20:50
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verib

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub. 

Son xəbərlər

Orphus sistemi