Gürcüstanın Poti və Batumi limanları fırtına səbəbindən bağlanıb

Gürcüstanın Poti və Batumi limanları fırtına səbəbindən bağlanıb Limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb
Region
7 Sentyabr , 2017 15:49
Gürcüstanın Poti və Batumi limanları fırtına səbəbindən bağlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb.

"Dənizdə bütün gecə və səhərdən fırtına var. Fırtına təhlükəsi xəbərdarlığı alan kimi, limanları bağladıq. Dalğaların hündürlüyü 4-5 metr təşkil edir. Hazırda limanda 4 gəmi, reyddə isə 2 yüklü gəmi var", - Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib.

Analoji vəziyyət Batumi limanında da yaşanır və fırtına gəmiləri nə qəbul etməyə, nə də yola salmağa imkan vermir. Batumi limanının  kapitanı Tengiz Qabiliya "İnterfaks"a bildirib ki, limanda 3 gəmi, reyddə isə 2 gəmi var.

Son xəbərlər

Orphus sistemi