Yuxarı

​Gürcüstanın Poti şəhərini yenə su basıb

Nabadi rayonunda yaşayış binalarının birinci mərtəbəsi su ilə dolub

Bakı. 31 avqust. REPORT.AZ/ Gürcüstanın qərbində yerləşən Poti liman şəhərinə yağan güclü yağış nəticəsində küçələrdə yenidən daşqın əmələ gəlib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Potinin Nabadi rayonunda yaşayış binalarının birinci mərtəbəsi su ilə dolub, sakinlərin məişət avadanlığı və texnikasına ziyan dəyib. Bundan başqa, rayonun nasos stansiyası da sıradan çıxıb.

Təbii fəlakət nəticəsində şəhər işıqsız qalıb, bu gün gündüz saatlarında bu problem həll olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi