Gürcüstanın müxalifət liderlərindən biri istintaqa ifadə verir

Gürcüstanın müxalifət liderlərindən biri istintaqa ifadə verir Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava dindirilmə üçün məhkəməyə gedib.
Region
10 İyul , 2019 10:31
Gürcüstanın müxalifət liderlərindən biri istintaqa ifadə verir

Gürcüstanın müxalif "Avropalı Gürcüstan" Partiyasının liderlərindən biri Gigi Uqulava dindirilmə üçün məhkəməyə gedib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, müxalifətçi hakim qarşısında iyunun 20 və 21-də Tbilisidə baş verən hadisələrlə bağlı ifadə verəcək.

Qeyd edək ki, ötən həftə G.Uqulava və digər müxalifətçilər Gia Baramidze və İrakli Okruaşvili dindirilməyə çağırılsalar da, sorğu-sual olunmaqdan imtina ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətçilərin hakim qarşısında dindirilməsi ilə bağlı məhkəməyə müraciət edib. G.Baramidze ötən həftə dindirilib.

Son xəbərlər

Orphus sistemi