Gürcüstanın müxalif televiziya kanalı tamaşaçılardan üzr istəyib

Gürcüstanın müxalif televiziya kanalı tamaşaçılardan üzr istəyib Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı aparıcı Giorgi Qabunianın qalmaqal yaradan monoloquna görə tamaşaçılardan üzr istəyib.
Region
8 İyul , 2019 03:18
Gürcüstanın müxalif televiziya kanalı tamaşaçılardan üzr istəyib

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı aparıcı Giorgi Qabunianın qalmaqal yaradan monoloquna görə tamaşaçılardan üzr istəyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə kanalın yaydığı bəyanatda bildirilib.

Kanal rəhbərliyi G.Qabunianın hərəkətinin qəbuledilməz olduğunu qeyd edərək, aparıcının fikrini bölüşmədiyini bildirib.

Bəyanatda qeyd olunub ki, aparıcının hərəkəti “Rustavi 2”nin redaksiya siyasəti və kanalın yüksək standartlarına cavab vermir.

Yayımçı G.Qabunia ilə bağlı müvafiq qərarın qəbul olunacağını qeyd edib.

Hazırda “Rustavi 2” kanalının ofisi yaxınlığında etiraz aksiyası davam edir. Aksiyada kanalın operatoru Levan Marqvelaşvili etiraz əlaməti olaraq işdən çıxdığını elan edib.

Qeyd edək ki, “Rustavi 2” kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı G.Qabunia Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. 

Son xəbərlər

Orphus sistemi